• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukrayna separatçıları Kadırov üçün döyüşçülər göndərib – FOTOFAKT

  • Dünya
  • 5 Dekabr 2014 13:53
  • 522 Baxış
Ukrayna separatçıları Kadırov üçün döyüşçülər göndərib – FOTOFAKT

“Donetsk Xalq Respublikası” separatçı qurumu 3 hərbi bölüyü Çeçenistan Respublikasına göndərib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko göstəriş verib.

“Fərman”da deyilir ki, hərbi bölüklər terror təhlükəsi ilə mübarizədə çeçen xalqının köməyinə göndərilir. Separatçılar həmçinin Çeçenistana zirehli texnikanı göndərməyə hazırlaşır.

Qeyd edək ki, Çeçenistan prezidenti Ramzan Kadırov Donbas separatçılarına xüsusi simpatiya göstərir. Rəsmi Kiyev Ukraynanın şərqində separatçılarla birlikdə Şimali Qafqaz xalqlarının, o cümlədən çeçenlərin vuruşduğu barədə dəfələrlə məlumat yayıb və videokadrlar yayımlayıb. Hətta Ukraynada yalnız çeçenlərdən təşkil olunan hərbi qruplaşmaların olduğu iddia olunur. Kiyev bir neçə dəfə də bu iddiaları sübut edə biləcək videogörüntülər yayımlayıb.

Donbasdakı separatçı qurumlar da silahlı konfliktdə Çeçenistan Respublikasından olan döyüşçülərin iştirakını dəfələrlə təsdiqləyib. Lakin separatçı qurumlar onların könüllülük prinsipi əsasında döyüşdüyünü bildirir.

Görünür, separatçılar indi Kadırovun yaxşılığının əvəzini qaytarmaq niyyətindədir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR