Mübarəkin səhhəti kəskin pisləşib
Bizi izləyin

Dünya

Mübarəkin səhhəti kəskin pisləşib

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin səhhəti kəskin pisləşib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Al-Muqaz” nəşri sabiq prezidentin bir neçə ay müalicə aldığı hərbi qospitaldakı mənbələrə istinadən bildirib.

Onun dünən axşam şüurunu itirdiyi bildirilir. Daha sonra özünə gələn Mübarək həkimlərin daimi nəzarətindədir. Hospitaldakı mənbələr bildirib ki, 86 yaşlı keçmiş siyasətçinin səhhətinin qəflətən pisləşməsi ilə xəstəxanaya onun qohumlarından biri çağırılıb.

Dünən isə paytaxt Qahirədə Mübarəkin vəziyyəti haqqında ən müxtəlif şayiələr yayılıb. Özəl peyk telekanalı olan “Al-Balyad” sabiq prezidentin ölümü haqqında xəbər verib. Lakin daha sonra bu informasiya təkzib edilib.

Qeyd edək ki, ötən həftə Qahirə məhkəməsi 2011-ci il inqilabı zamanı nümayişçilərin ölümündə Misirin sabiq prezidentini təqsirli bilən ittihamı ləğv edib. Məhkəmənin qərarı yekun hesab edilmir və prosesin tərəfləri qərardan şikayət edə bilərlər.

H.Mübarək və sabiq daxili işlər naziri Həbib əl Ədli 2012-ci ilin iyunun 2-də ömürlük azadlıqdan məhrum ediliblər. Lakin ötən ilin yanvarında Misirin kassasiya məhkəməsi H.Mübarəkin yenidən dindirilməsi üçün vəkilinin verdiyi apellyasiyanı təsdiqləyib.

Mübarək isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm