Kərkükdən Şişani açıqlaması: “İŞİD hər an şəhərə daxil ola bilər” – ÖZƏL
Bizi izləyin

Dünya

Kərkükdən Şişani açıqlaması: “İŞİD hər an şəhərə daxil ola bilər” – ÖZƏL

Kərkükdən İŞİD-in çeçen lideri Ömər Əl-Şişaninin “Kərkük valisi” təyin edilməsinə reaksiya gəlib.


Kərkükdən olan türkman yazar Özdəmir Hürmüzlü Publika.az-a açıqlamasında bu məsələni araşdırdıqlarını bildirib: “Çox araşdırdıq, lakin buna dair konkret məlumat yoxdur. Çünki Ömər Əl-Şişani İŞİD üçün yüksək səviyyəli döyüşçüdür. Onun Kərkükə vali təyin olunması inandırıcı gəlmir. O, ərəbcə bilmədiyi üçün Kərkükün valisi olması mümkünsüz görünür”.


Lakin türkman yazar İŞİD-in Kərkükdə döyüşdən qaçan 10 üzvünü edam etdiyi xəbərinin yayıldığını bildirib.


Ö. Hürmüzlü Kərkükdə vəziyyətin yaxşı olmadığını da deyib. Onun sözlərinə görə, İŞİD hər an şəhərə daxil ola bilər: “Şəhərdəki müdafiə qüvvələrinin döyüşmək gücü yoxdur. Dünən gecə Kərkükün kürd səmti olan Şorca məhəlləsində bir kamikadze “kafe”də özünü havaya uçurtdu. 50-ə yaxın ölü və yaralı var. Bundan başqa, şəhərin cənubunda silahlı qarşıdurma yaşandı. Koalisiya gücləri Kərkükün işğal edilməməsi üçün çoxlu hava hücumları edirlər”.


Qeyd edək ki, kürdlərin “Rudaw” saytının əldə etdiyi məlumatlara görə, İŞİD terror qruplaşmasının liderlərindən olan “Çeçen” ləqəbli Ömər Əl-Şişanini Kərkük bölgəsinə göndərib. Qeyd olunur ki, Şişaninin Kərkükə göndərilməsinin səbəblərindən biri təşkilatda “Kərkük valisi” adlanan şəxsin neft quyuları başda olmaqla əhəmiyyətli bölgələri ala bilməməsidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm