ABŞ-ın Ermənistandakı yeni səfirinin namizədliyi təsdiq edildi
Bizi izləyin

Dünya

ABŞ-ın Ermənistandakı yeni səfirinin namizədliyi təsdiq edildi

ABŞ Senatının Xarici əlaqələr komitəsi Riçard Millzin Ermənistanda yeni səfir qismində namizədliyini təsdiq edib.

Trend-in Armenia Today-ə istinadən verdiyi məlumata görə, bundan sonra onun namizədliyi ABŞ Senatının iclasında təsdiq olunmalıdır.

Hazırda R.Millz ABŞ-ın Beyrutdakı diplomatik missiyasının müavini vəzifəsində çalışır. O, daha əvvəl ABŞ-ın Maltadakı səfirliyində müvəqqəti işlər vəkili olub. R.Millz Paris, Dublin, London, Bağdad və İslamabadda işləyib.

Ermənistan və Azərbaycan istiqaməti üzrə konsul şöbəsində də çalışan R.Millz fransız və rus dillərini bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm