Sabiq maliyyə naziri xəstəxanalıq oldu
Bizi izləyin

Dünya

Sabiq maliyyə naziri xəstəxanalıq oldu

Rusiyanın tanınmış iş adamı, sabiq maliyyə naziri, Rusiya Federasiyası Prezident Administrasiyasının keçmiş rəhbəri, "Rosnano" şirkətinin İdarə Heyətinin sədri Anatoliy Çubays hər iki əlinin ciddi zədə alması səbəbindən xəstəxanaya müraciət edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, "Rosnano" şirkətinin təmsilçisi Denis Belozerov qeyd edib ki, artıq Çubays əməliyyat olunub: "Həkimlər onun biləyində yaranmış problemi aradan qaldırmaq üçün əməliyyat ediblər. Əməliyyat uğurla başa çatıb. O, özünü yaxşı hiss edir. Lakin nə zaman işə başlayacağı hələlik dəqiq bəlli deyil".

Hadisə ilə bağlı məlumat verən "LiweNews" isə bildirir ki, bir müddət öncə İordaniyanın dağlıq ərazisinə səfər edən Çubaysın qəza nəticəsində əlləri qırılıb. Yeri həkimlər onun əllərini gipsləsələr də, bu, sabiq maliyyə nazirinin ağrılarını aradan qaldırmayıb. Odur ki, Çubays Rusiyaya qayıtdıqdan sonra yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm