• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İki sabiq deputat axtarışa verildi

  • Dünya
  • 5 Dekabr 2014 20:01
  • 1 247 Baxış
İki sabiq deputat axtarışa verildi

Keçmiş millət vəkilləri barəsində axtarış qərarı verilib. Onlar qeyri-qanuni səsvermənin təşkilində ittiham olunurlar.

Publika.az İnterfax.ru-ya istinadən xəbər verir ki, Ukraynanın sabiq deputatları İqor Kaletnik və Vladimir Oleynik yanvarın 16 2014-cü il tarixdə Ali Radaya qeyri-qanuni səsvermənin təşkilində şübhəli bilindikləri üçün axtarışa verilib.

Məsələ ilə bağlı Ukraynanın baş prokurorluğu tərəfindən verilən məlumatda deyilir ki, adıçəkilən şəxslərin ölkənin xaricində olmaları səbəbindən onlar barəsində axtarış qərarı çıxarılıb: «Baş Prokurorluğun iddiasını araşdıran Kiyevin Peçer Rayon Məhkəməsi sabiq deputatlar İqor Kaletnik və Vladimir Oleynikin saxlanılması ilə əlaqədar qərar verib».

Həmçinin o da vurğulanır ki, Baş İstintaq İdarəsinin xüsusilə mühim işlərin araşdırılması üzrə şöbəsi Kaletniki və Oleyniki 2014-cü il yanvarın 16-da Ali Radanın hesablama komissiyasının iclasının protokolunun hazırlanmasında və orada hələ səsə qoyulmamış nəticələri qeyd etməkdə, eləcə də vətəndaşların konstitusion hüquq və azadlıqlarına zidd olaraq parlamentdə qeyri-qanuni səsvermənin təşkilində ittiham edir. Dekabrın 1-də isə onların səlahiyyət müddətləri bitdikdən sonra hər iki sabiq millət vəkilinə bu şübhələr barədə məlumat verilib.

Ali Radanın yeni üzvləri seçildikdən sonra Ukraynanın Baş Prokurorluğu Kaletniki və Oleyniki barəsində iddia ilə məhkəməyə müraciət edib. Odur ki, hazırda hər iki şəxs beynəlxalq axtarışa verilib.


Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR