Hərbçilər Donetsk aeroportunun köhnə terminalını tərk etdi
Bizi izləyin

Dünya

Hərbçilər Donetsk aeroportunun köhnə terminalını tərk etdi

Ukrayna hərbçiləri Donetsk aeroportunun köhnə terminalını tərk etsələr də, hava limanının özü üzərində nəzarətə malikdirlər.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna hərbiyyəsinin nümayəndəsi deyib.

"Köhnə terminalda hərbçilərimizin müdafiəsi üçün mövqeləri qurmaq imkanının olmadığına görə, onlar həmin ərazini tərk ediblər. Demək olar ki, köhnə terminal artıq yoxdur”, - BBC Ukrayna Xidmətinə danışan Aleksey Dmitraşkovski qeyd edib.

Son aylar ərzində Donetsk aeroportu şiddətli döyüşlərin səhnəsinə çevrilib.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko Donbas bölgəsində “süküt rejim”inin elan edildiyini bildirib. Bu addım ölkənin şərqindəki separatçılarla əldə olunmuş və tez-tez pozulan atəşkəsə dəstək məqsədilə atılır.

Sentyabrda Ukrayna hökumətilə separatçılar arasında imzalanan atəşkəsə rəğmən şiddətli toqquşmaların arası tam kəsilməyib. BMT son 3 ayda davam edən qarşıdurmada minədən çox adamın öldürüldüyünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm