Kadırovdan sərt qərar: “Kim əlinə silah alsa, onun ailəsi…”
Bizi izləyin

Dünya

Kadırovdan sərt qərar: “Kim əlinə silah alsa, onun ailəsi…”

“Axşam nazirlər, rayon başçıları və qazılar, rəislərlə müşavirə keçirdim. Məxsusi sərt, lakin ədalətli şərt qoydum. Əgər hər hansı bir rayondan bircə nəfər də əlinə qanunsuz silah alarsa və quldurların sırasına daxil olarsa, bu insanlar dərhal istefaya gedəcəklər”.

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan Prezidenti Ramzan Kadırov özünün İnstaqram səhifəsində Qroznıda baş verən mücahid hücumu ilə bağlı keçirdiyi müşavirə barədə məlumat verərkən yazıb. Onun sözlərinə görə, məsul şəxslər hər hansı fövqəladə hadisənin baş verməməsi üçün gecə-gündüz çalışmalıdırlar:

“Bu hadisələrin baş verməməsi üçün qoy gecə-gündüz işləsinlər. Çeçenistanda biz nəinki təkcə vəhhabilərin olmasına, hətta onların geyim və davranışlarının da təqlid edilməsinə yol verməyəcəyik. Mən rəsmən bildirirəm ki, valideynlərin oğul və qızlarının davranışlarına cavab vermədikləri dövr sona çatdı. Çeçenistanda cavab verəcəklər! Əgər ata oğlunun terror və vəhhabilik yolu seçdiyini görürsə, qoy onu hökumətə təhvil versin və ya o, qan tökülənədək övladını başqa yollarla durdursun. Biz 14 polis əməkdaşının ölümünü doğmalarımızın qətli kimi qəbul edirik. Bu qətlə yol verənlər və onun qarşısını almayanlar, kim olurlarsa olsunlar, amansızcasına cəzalanacaqlar. NATO təyyarələri və Qərbin hazırladığı döyüşçülərin Suriya və İraqda milyonlarla müsəlman qətllərini sakitcə izləyən hansısa şəxslərin, başqa sözlə, hüquq-mühafizə orqanlarının nə fikirləşdikləri mənim umurumda deyil. Əgər Çeçenistanda polis əməkdaşını və ya digər bir şəxsi kimsə qətlə yetirirsə, həmin silahlı şəxsin ailəsi dərhal bir daha qayıtmamaq şərtilə Çeçenistan sərhədlərindən çıxarılacaq, evi isə söküləcək. Polis əməkdaşına və ya digər bir şəxsə silah tuşlayan hər kəs bunu bilməlidir. Mən heç kimə qan tökməyə imkan verməyəcəm!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm