Terrorçu yüngül cəza almaq üçün İŞİD-i satdı
Bizi izləyin

Dünya

Terrorçu yüngül cəza almaq üçün İŞİD-i satdı

İŞİD silahlılarından biri Almaniyada 3 il azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, 20 yaşlı Kreşnik Berişa ötən ilin dekabr ayında Suriyadan qayıdarkən Frankfurt hava limanında həbs olunub. O, Suriyanın Hələb şəhərində prezident Bəşər Əsədə qarşı vuruşan İŞİD-ə üzv olmaqda suçlanır. Prokurorluq sentyabr ayında məhkəməyə çıxarılan Berişaya etiraf müqabilində daha yüngül cəzanı nəzərdə tutan sövdələşmə təklif edib. Sövdələşməyə əsasən, Berişa həmçinin mənsub olduğu qrup barədə hakimiyyətə məlumat verməli idi.

Prokurorluğun təklifi ilə razəlaşan Berişa onu gözləyən 10 illik cəzanı 3 ilə qədər endirib.

Kəşfiyyat məlumatlarına görə, 500-dən artıq Almaniya vətəndaşı İŞİD sıralarında vuruşmaq məqsədilə Suriya və İraqa gedib. Onlardan 60 nəfəri həlak olub, 180 nəfəri geri qayıdıb. Dugərlərinin taleyi isə hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm