İŞİD Əsədin əsgərini ağlatdı - VİDEO
Bizi izləyin

Dünya

İŞİD Əsədin əsgərini ağlatdı - VİDEO

IŞİD Suriyanın əl-Cəfra kəndi yaxınlığında əsir aldığı Əsəd əsgərininin ağlayan görüntülərini yayıb. "Firat" xəbər agentliyinin yaydığı videoda əsgərin sonrakı taleyi bilinmir.

Terrorçular ələ keçirdikləri əsgərdən İŞİD haqqında bildiklərini soruşduqda, düşdüyü vəziyyətdən qorxan əsgər "İŞİD daimidir", deyə qışqırır. Silahlılar bunu dəfələrlə, daha yüksək səslə təkrar etməsini tələb etdikdə əsgər ağlamağa başlayır.

Bununla belə ondan digər əsgərlərin yerini soruşduqda o, bütün suallara Allahın adına and içməklə "bilmirəm" cavabı verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm