Kraliça 86 yaşında vəfat etdi
Bizi izləyin

Dünya

Kraliça 86 yaşında vəfat etdi

Belçikanın keçmiş kraliçası Fabiola dekabrın 5-də Brüsseldəki Stuyvenberq qəsrində 86 yaşında dünyasını dəyişib.

Bu barədə kral sarayının mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, 1928-ci ildə Madriddə tanınmış əsilzadə ailəsində anadan olan Dona Fabiola de Moray Araqon 1960-cı ildə Belçika kralı Baudouinlə ailə həyatı quraraq ölkənin beşinci kraliçası olub.

Keçmiş kraliçanın kral ailəsinə məxsus sərdabədə dəfn olunacağı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm