Kəşmirdə hərbi düşərgəyə hücum olundu: 17 ölü
Bizi izləyin

Dünya

Kəşmirdə hərbi düşərgəyə hücum olundu: 17 ölü

Hindistanın Kəşmir vilayətində silahlılarla qarşıdurma zamanı 17 nəfər həlak olub.

Publika.az-ın məlumatına görə, ölənlərdən 8 nəəri əsgər, 3 nəfəri isə polis işçisi olub.

Ordu rəsmiləri ağır silahlanmış terrorçuların Uri hərbi düşərgəsinə hücum etdiklərini və atışma zamanı 6 yaraqlının öldürüldüyünü bildirib. Bu hücumu terror kimi qiymətləndirən rəsmilər terrorçuların hələ də düşərgədə olduğunu təxmin edir.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Hadisənin baş verdiyi hərbi düşərgə Hindistanla Pakistan Kəşmirlərinin ayrıldığı nəzarət bölgəsində yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm