Son 24 saatda Ukrayna Ordusu 6 əsgər itirib
Bizi izləyin

Dünya

Son 24 saatda Ukrayna Ordusu 6 əsgər itirib

Plkənin şərqində hökumət qüvvələri ilə separatistlər arasında baş verən son döyüşlrdə Ukrayna ordusu xeyli itki verib.

Publika.az xəbər verir ki, Ukraynanın ordu sözçüsü Andriy Lısenko son 24 saat ərzində 6 əsgərin həlak olduğunu, 14-nün isə yaralandığını bildirib.

Dünən Ukrayna prezidenti Petro Poroşenkonun veb səhifəsində dekabrın 9-da “Sükut günü” qüvvələrin atəşi dayandıracağı bildirilib.

Sentybarda tərəflər arasında atəşkəsə dair Minsk razılığı əldə edilməsinə baxmayaraq, döyüşlər səgimək bilmir. Atəşkəsin pozulmasında tərəflər biri-digərini ittiham edir.

Rusiyanın RİA xəbər agentliyi Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkoya istinadən “Sükut günü” separatistlərin atəş açmayacağını, lakin Ukrayna qüvvələrinin hücumlarının cavabsız qalmayacağını bildirib.

Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və bəzi Avropa ölkəsini Rusiyanı Ukrayna böhranının səbəbkarı adlandırdığına görə tənqid edib. Nazir Moskvanın Ukrayna hökumətinin separatistlərlə birbaşa danışıqlara girməsi çağırışını bir daha təkrar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm