Kralın şəklini cıran qıza 3 il iş verildi
Bizi izləyin

Dünya

Kralın şəklini cıran qıza 3 il iş verildi

Bəhreyndə kral Həmədin şəkilini cırdığına görə demokratik fəal Zeynəb əl-Xavaca 3 il azadlıqdan məhrum edilib. Lakin gənc qız apellyasiya şikayəti verilənə kimi cərimə ödəyərək azadlıqda qala bilər.

Publika.az-ın məlumatına görə, ölkənin tanınmış dissident ailəsinin üzvü olan xanım Xavaca gələn həftə başqa ittihamlarla məhəkəmə qarşısına çıxarılacaq.

Amnesty International təşkilatı isə Zeynəb əl-Xavacanın həbs olunacağı təqdirdə onun “vicdan məhbusu” tanınacağını bildirib.

"Dövlət başçısının şəklinin cırılması kriminal cinayət sayılmamaldır”, - insan hüquqları üzrə kampaniya təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Said Boumedouha deyib. Amnesty International Zeynəb əl-Xavacanın sonuncu hökmü də daxil olmaqla fəala qarşı çıxarılan hökmlərlə ittihamların ləğvinə səsləyib.

Bəhreyn və Danimarka vətəndaşı olan Zeynəb əl-Xavaca 2011-ci ildə demokratikləşmə çağırışları ilə başlayan etirazlardan sonra bir neçə dəfə saxlanılıb.

Polisi təhqir etmək və qeyri-qanuni nümayişdə iştirak ittihamı ilə təxminən bir il həbsdə qalan fəal fevral ayında azadlığa buraxılıb.

Xəbərlərə əsasən, Bəhreyn ədliyyə sisteminə hökumətin nəzarət etdiyini hesab edən Zeynəb əl-Xavaca apellyasiya verməkdən imtina edib. O həmçinin zəmanətə çıxmaq haqqını ödəmək istəməyib.

Ötən həftə məhkəmə, polisi təhqir etməkdə təqsirləndirilən Zeynəb əl-Xavacanın kiçik bacısı Məryəmə qiyabi şəkildə bir illik həbs cəzası kəsib.

Zeynəb əl-Xavacanın atası Abdulhədi əl-Xavaca isə 2011-ci ildəki hökumət əleyhinə etirazlarda iştirakına görə ömürlük azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm