“Bizi kölə etdin” – ermənilər Sərkisyana Bakının peşəkarlığını nümunə göstərdi
Bizi izləyin

Dünya

“Bizi kölə etdin” – ermənilər Sərkisyana Bakının peşəkarlığını nümunə göstərdi

Ermənistan müxalifəti hakim rejimi diplomatik səriştəsizlikdə ittiham edib.


Publika.az Rusiyanın “Vetsik kafkaz” nəşrinə istinadən xəbər verir ki, “İrs” partiyasının sədri Raffi Ovanisyan Ermənistan parlamentinin dekabrın 4-də Avrasiya İttifaqına qoşulması ilə bağlı müqaviləni ratifikasiya etməsini tənqid edərək, hakim rejimi kölə adlandırıb.


“Bu, erməni xalqına xəyanətdir. Hazırkı rejim çox uğursuz xarici siyasət aparır. Ermənistan çox yox, cəmi bircə zərbədən yıxılacaq və heç vaxt ayağa qalxa bilməyəcək”, - deyə o bildirib.


R. Ovanisyan İrəvan rejiminə Bakının uğurlu siyasətini nümunə göstərib: “Onlar dünya gücləri arasında peşəkarlıqla oynayır, balıq kimi manevrlər edirlər. Nə Rusiya, nə də Qərblə münasibətlərini pozmur, pis olanda da, yaxşı olanda da hər iki tərəflə eyni məsafə saxlayırlar. Bizim hakimiyyət qorxaqdır. Bu hakimiyyət ölkəyə xəyanət edərək Rusiyaya bizi kölə etməsinə icazə verdi”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm