Ruslana Kiyevdəki məşhur “aksiya piano”sunda ifa etdi - VİDEO
Bizi izləyin

Dünya

Ruslana Kiyevdəki məşhur “aksiya piano”sunda ifa etdi - VİDEO

Ukraynada Avromeydan aksiyaları ilə yanaşı “Azadlığın musiqi aləti” adlı aksiyalar da keçirilir

Ukraynada Avromeydan aksiyaları ilə yanaşı “Azadlığın musiqi aləti” adlı aksiyalar da keçirilir.
10 fevral tarixində etirazçılar mərkəzi küçələrdə ölkə bayrağı rəngdə boyanmış musiqi alətlərində (pianino, skripka) ifa ediblər. Ölkənin 9-dan çox şəhərində keçirilən bu musiqi inqilabına məşhur ukraynalı müğənni Ruslana da qoşulub.


Hafta.az “Ukrainskaya Pravda”-ya istinadən xəbər verir ki, Ruslana Kiyevin barrikadalarla əhatə olunmuş Qruşevski küçəsində “azadlığın rəmzi” olan məşhur pianoda ifa edib. 2004-cü il “Eurovision” mahnı müsabiqəsində ölkəsinə birincilik gətirən “Wild dances” (Vəhşi rəqslər) mahnısından bir parça ifa edib.


Qeyd edək ki, Ruslana Ukraynada Avromeydan aksiyalarında aktiv iştirak edib. Ölkə müxalifəti ilə birgə Ukrayna böhranı ilə bağlı danışıqlar üçün xarici rəsmilərlə görüşlərə də qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm