“Əl Qaidə”-yə əsir düşən amerikalı fotomüxbir öldürüldü
Bizi izləyin

Dünya

“Əl Qaidə”-yə əsir düşən amerikalı fotomüxbir öldürüldü

Yəməndə anerikalı fotomüxbir öldürülüb.

Publika. az “Reuters” agentliyinə istinadən xəbər verir ki, amerikalı fotomüxbir Lyuk Somers “Əl Qaidə” terror təşkilatı tərəfindən oğurlanmışdı.

Onun azad edilməsi üçün Federal Tədqiqat Bürosu xüsusi əməliyyat hazırlamışdı. Görünür əməliyyat uğursuz olub. Həlak olan fotomüxbirin bacısı Lyusi Somers jurnalistlərə bildirib ki, qardaşı əsirlikdən azad edilərkən həlak olub.

Yəmən Müdafiə Nazirliyi amerikalıların əməliyyat keçirməsini təsdiqləyib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm