Əl-Qaidənin Pakistandakı lideri öldürüldü
Bizi izləyin

Dünya

Əl-Qaidənin Pakistandakı lideri öldürüldü

London və Nyu York qatarlarında bomba hücumu hazırlamaqda ittiham edilən yüksək rütbəli əl-Qaidə sılahlısı öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb. Məlumata görə, Ədnan əl-Şükrcümə adlı əƏl-Qaidə lideri Pakistanın şimal-qərbində, Əfqanıstan sərhədi yaxınlığındakı bölgədə həyata keçirilən reyd vaxtı qətlə yetirilib.

ABŞ Federal Təhqiqatlar Bürosu (FBR) Ədnan əl-Şükrcüməni əl-Qaidə şəbəkəsinin qlobal əməliyyatlarına cavabdeh şəxs adlandırır. Səudiyyə Ərəbistanında doğulan Şükrcümə bir neçə il ərzində ABŞ-da yaşayıb.

ABŞ prokurorluğu onu 2009-cu ildə Nyu York metrosunda intihanrçı partlayış hazırlamaqla bağlı həbs edilən qrupu yönləndirən şəxs olduğunu bəyan edib. Eyni zamanda Şükrcümə bir neçə ölkədə basqın hazırlamaqda şübhəli bilinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm