Son 15 ildə ABŞ-da maaşlarda o qədər də artım olmayıb
Bizi izləyin

Dünya

Son 15 ildə ABŞ-da maaşlarda o qədər də artım olmayıb

Amerika sağlam iqtisadiyyatdan bəhrələnir.

Publika.az xəbər verir ki, bu barədə şənbə günü Amerika xalqına həftəlik müraciətində Prezident Barak Obama bildirib. Onun sözlərinə görə, noyabr ABŞ-da bir-birinin ardınca davamlı olaraq 200 min yeni iş yerinin açıldığı 10-cu ay olub. Ümumilikdə bu il ərzində 2,65 milyon yeni iş yeri açılıb. 1990-cı illərdən bəri belə göstərici müşahidə edilməyib.

Bununla belə, prezident Obama qeyd edib ki, yüksək maaşlı iş yerlərinin açılmasına baxmayaraq, adi Amerika ailəsinin gəliri 15 il bundan əvvəllə müqayisədə çox artmayıb. “Bu, dəyişməlidir”-deyə prezident Obama əlavə edib.

ABŞ prezidenti yanvar ayında işə başlayacaq yeni Konqresi daha çox insanın yüksək maaş ala biləcəyi iş yerlərinin yaradılması üçün birgə iş aparmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm