• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Olland gözlənilmədən Moskvaya səfər etdi

  • Dünya
  • 6 Dekabr 2014 20:24
  • 795 Baxış
Olland gözlənilmədən Moskvaya səfər etdi

Qazaxıstanda səfərdə olan Fransa Prezidenti Fransua Olland gözlənilmədən Moskvaya səfər edib.

Kremldən verilən məlumata görə, ruiyalı həmkarı ilə görüşən Fransa Prezidenti Ukraynanın şərqində baş verən hadisıləri müzakirə edib.

Qeyd edək ki, Olland-Putin görüşməsi rəsmi olaraq nəzərdə tutulmamamışdı. Sadəcə olaraq Qazaxıstandan Fransaya qayıdan Olland Moskvada Putinlə görüşməyi qərara alıb. Astanada səfərdə olan Olland Rusiya, Fransa, Almaniya və Ukrayna rəhbərlərinin Rusiya və Ukrayna arasında davam edən gərginliyin aradan qaldırılması yönündə işlər görməli olduğunu bəyan edib.

"Hazırda tərəflər arasında olan gərginlik problemin həll olmasına heç bir ümid yeri qoymur. Qeyd etdiyim ölkələrin rəhbərləri ilk öncə bu problemin həll olunması üçün real addımlar atmalıdır", - Olland bildirib.

Hazırda Rusiya və Fransanın arasında olan ən mübahisəli məsələ isə Fransaya aid olan Helikopter daşıyan gəmi ilə bağlıdır. İki dövlət arasında baş tutan razılağa görə Fransa bu gəmini Rusiyaya təqdim etməlidir. Fransanın müdafiə naziri Jan İvle Diran bəyanat verərək gəminin Rusiyaya verilməyəcəyini deyib. Rusiya isə belə hal olacağı halda məhkəməyə müraciət edəcəyini deyib.

Amma görüşdə bununla bağlı müzakirə aparılmayıb. "Çünki müqavilə yerinə yetiriləcək", Kremlin açıqlamasında bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR