• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycan bu siyahıda yeddincidir

  • Dünya
  • 11 Fevral 2014 14:37
  • 494 Baxış
Azərbaycan bu siyahıda yeddincidir

Keçən il Rusiyadan MDB ölkələrinə fərdi pul köçürmələri 20,2 faiz artaraq rekord həddə çatıb. Publika.Az –ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi Bankı bildirib.

2013-cü ilin ilk üç rübündə Rusiyada işləyən MDB miqrantları ölkələrinə 16,84 milyard dollar pul göndərib. MDB ölkələrinə fərdi pul köçürmələri yanvar-sentyabr aylarında 20,2 faiz artdığı halda, Rusiyanın özündə keçən il maaş artımı 10 faiz təşkil edib. İqtisadçılar bu paradoksal vəziyyəti bir neçə amillə izah edirlər: Rusiyada daha çox gələnlər işləyirlər, müəssisələr rus işçilərini daha az maaşa razılaşan xaricilərlə əvəzləyirlər və sair.

İlk yarım illin nəticəsinə görə, Rusiyadan fərdi pul köçürmələrinin istiqamətləri arasında Özbəkistan 5,44 milyard dollarla lider olub. Bu isə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur. Qeyd edək ki, pul köçürmələrinin ən böyük artımı da məhz bu istiqamətdə artıb. Özbəkistanı bu siyahıda Ukrayna (2,709 milyard dollar) və Tacikistan (2,708 milyard dollar) izləyir. Sonrakı yerlərdə isə Moldova (1,514 milyard dollar), Qırğızıstan (1,42 milyard dollar), Ermənistan (1,2 milyard dollar), Azərbaycan ( 892 milyon dollar), Belarus (679 milyon dollar), Qazaxıstan (254 milyon dollar), Türkmənistan (24 milyon dollar) qərarlaşıb.

“Nezavisimaya qazeta” MDB ölkələrinə miqrantların fərdi pul köçürmələri ilə müqayisədə rusların maaşının artım göstəricisinin az olmasını ciddi problem hesab edir.“İşəgötürənlər puluna qənaət etməyə çalışır. Onlar bunun üçün daha çox miqrantları işə götürür və daha az maaş ödəyirlər. Bu isə o deməkdir ki, iqtisadiyyatda daha çox yeri miqrantlar tutub”, - Müstəqil İnstitutun regional proqramının direktoru Natalya Zubareviç deyir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR