7 terrorçuya ölüm hökmü çıxarıldı
Bizi izləyin

Dünya

7 terrorçuya ölüm hökmü çıxarıldı

Qahirə Cinayət Məhkəməsi yeddi nəfər terrorçunu ən ağır cəzaya – ölüm cəzasına məhkum edib.

Onlar Sinay yarımadasının şimalındakı sərhədyanı Rəfah şəhərində təhlükəsizlik qüvvələrinin 25 əsgərini qətlə yetirməkdə və Əl-Qaidə terror təşkilatı ilə əlbir olmaqda ittiham olunurlar. Daha üç cinayətkar ömürlük həbs cəzasına, 22 müttəhimin hər biri 15 il həbs cəzasına məhkum edilib. Müttəhimlərdən üç nəfərinə bəraət verilib.

Qeyd etmək lazımdır ki, Misir KİV-ləri bu qəddar cinayətə “ikinci Rəfah qırğını” adı veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm