Ramzan Kadırov silahlıları duelə çağırdı - VİDEO
Bizi izləyin

Dünya

Ramzan Kadırov silahlıları duelə çağırdı - VİDEO

Qroznıya hücüm etmiş yaraqlılarla Çeçenistanın prezidenti Ramzan Kadırovun danışıqları iddia olunan görüntülər yayılıb.

ANS PRESS-in məlumatına görə, görüntülərdə Kadırov terrorçulara üzə çıxıb və onunla "göz -gözə" görüşməyi təklif edir.

- Ramzan, bəs biz Şəriət qanununa görə yaşamamalıyıq? - yaraqlılardan biri soruşub.
- Sən Şəriət nə olduğunu bilirsən? Əgər sən mənə bu gün etdiyin hərəkətlərdə öz haqlılığını cüzi olsa belə sübut etsən, sən nə istəsən mən edərəm. Gəl çıxaq – "göz-gözə" danışaq”, - deyə Kadırov deyib.

- Mən sənə Qurandan ayələr gətirərəm.

- Yox, mən sənə Qurandan ayələr gətirib çıxaracağam. Onları düzgün izah edə bilirsənmi?

Xatırladaq, terrorçular cümə axşamı gecəsi Qroznının mərkəzinə hücüm edib. Onlar 10 polis əməkdaşını öldürüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm