• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Qərbin budəfəki məqsədi Rusiyanı tam parçalamaqdır”

  • Dünya
  • 7 Dekabr 2014 10:29
  • 538 Baxış
“Qərbin budəfəki məqsədi Rusiyanı tam parçalamaqdır”

imperiyasının köhnə müstəmləkələrini əldən çıxması ilə bağlı atdığı aqnostik addımlar, o cümlədən Krım və Donetskin ilhaq edilməsi, Qərbin ciddi narahatlığına və qəti cəzalandırma təşəbbüslərinə səbəb olduğunu görürük”.


Bu sözləri Axar.az–a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin yenicə qəbul etdiyi 758 saylı qətnamə sadəcə olaraq yeni Rusiya-ABŞ eskalasiyası deyil:

“Bu, eynisi ilə SSRİ-nin çoküşünə səbəb olan “soyuq müharibə”nin təkrarıdır. Putin yeni çıxışında bu cür təzyiqlərin Rusiyanı zəiflədə, sındıra bilməyəcəyini bəyan edib. SSRİ və NATO arasındakı “soyuq müharibə” ilə situasiya bənzərdir, lakin fərqli bir məqam var. Belə ki, Rusiya SSRİ zamanlarına görə daha zəif, partnyorlarının çoxu Qərbin təsiri altındadır, Qərb dünyası isə daha çox inteqrasiya olunub, texnoloji və iqtisadi olaraq daha da inkişaf edib. Habelə Çin də xeyli irəliləyib, lakin Çinin yüksəlişi Rusiyaya ciddi bir dəstək olmayacaq. Rusiya xammal dövləti olaraq qalmaqda davam edir, onun əsas gücü olan neft və qazın iqtisadi dəyəri azalır. Qərbin uzun müddətli məqsədi bu səfər Rusiyanı parçalamaqdan ibarət olacaq. Rusiya həqiqətən də nəhəng və gec tərpənən, müasir çağırışlara cavab verə bilməyən bir dövlətdir. Onun 3, ya da 4 yerə parçalanması isə əsas karbo-daşıyıcıların Rusiyanın Avropa hissəsinin xaricində yerləşməsi üzündən yeni yaranan siyasi vahidlərin daha da zəifləməsinə və regional gücünün itirilməsinə gətirib çıxaracaq. Burada Qərbin güdəcəyi məqsəd, Çinin bu parçalanmadan qüvvətlənməməsi, Yaponiyanın isə bundan bəhrələnməsi olacaq”.

F.Mehdiyev Qərbin sadəcə Putini dəyişmək deyil, Rusiyanı daha xırda hissələrə parçalamaq olduğunu bildirib:

“Rusiyanın parçalanması Şimali Qafqazdan başlayacaq. İqtisadi cəhətdən zəifləyən Rusiya hal-hazırda güclü dotasiyalar ilə özünə itaət etdirdiyi Şimali Qafqazda nəzarəti itirəcək. Şimali Qafqazda müharibənin alovlanacağı günə Azərbaycan da hazır olmalı və itirilmiş torpaqlarını geri almalıdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR