İŞİD intihar hücumlarının görüntüsünü yaydı - VİDEO - FOTO
Bizi izləyin

Dünya

İŞİD intihar hücumlarının görüntüsünü yaydı - VİDEO - FOTO

İŞİD İraqın Səlahəddin vilayətinin Beyci mahalındakı intihar hücumlarının görüntülərini yayıb.

Publika.az-ın məlumatına görə, "canlı mesajlar" adı ilə yayımlanan görüntülərdə İŞİD İraq ordusunun bölgəni nəzarət etdiyi iddiasına qarşı mahalın hələ də onların əlində olduğunu sübut etməyə çalışır.

İraq rəsmilərinin yaydığı məlumatlara görə, Beyci IŞİD-in əlindən geri alınıb. Amma terrrorçular yaydıqları görüntülərdə mahalın mərkəzində olduqlarını iddia edirlər. Beyci elektrik stansiyasını qoruyan hərbi məntəqələrdə iki bomba yüklü avtomobilin partlayış anının yer aldığı videoda öldürülən İraq əsgərlərinin cəsədləri də görünür.

Şivələrindən fərqli Ərəb ölkələrindən olduqları aydın hiss olunan silahlılar Beycini heç vaxt İraq Ordusuna verməyəcəklərini bəyan edirlər.

Qeyd edək ki, İraqın ən böyük neft emalı zavodu Beycidə yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm