İraqli nazir İŞİD üçün son tarixi açıqladı
Bizi izləyin

Dünya

İraqli nazir İŞİD üçün son tarixi açıqladı

İraq xarici işlər naziri İbrahim Cəfəri “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizəyə həsr olunan konfransda İŞİD-i məhv etmək istədikləri son tarixi söyləyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir bölgəni 2016-cı ilə qədər İŞİD-dən təmizləyəcəklərini ümid etdiklərini deyib.

“İŞİD-i 2016-cı ilə qədər bütün İraq coğrafiyasından təmizləməyi ümid edirik və bunun üçün çalışırıq. Təbii ki, bunun üçün ABŞ-ın liderlik etdiyi koalisiyanın hava əməliyyatlarının əhəmiyyəti də böyükdür”, - deyə iraqlı nazir vurğulayıb.

Qeyd edək ki, koalisiyanın İŞİD-ə qarşı hava əməliyyatları avqust ayından davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm