Rusiyadan şok proqnoz: “Obamanın başına asteroid düşəcək”
Bizi izləyin

Dünya

Rusiyadan şok proqnoz: “Obamanın başına asteroid düşəcək”

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov ABŞ Prezidenti Barak Obamanı asteriodlərlə birgə mübarizə aparmağa çağırıb.

Axar.az xəbər verir ki, Puşkov bununla bağlı özünün Tvitter səhifəsində yazıb.

“Obama soyuq müharibənin əvəzinə asteroidlərə qarşı mübarizə layihəsinə qoşulmaq istəmir? Əks təqdirdə, “2014 UR116” asteroidi Ağ Evdə ona yaxınlaşa bilər”, - Puşkov bildirib.

Puşkovun sözlərinə görə, “2014 UR116” asteroidi hər 3 ildən bir Yerin yaxınlığından keçəcək.

Qeyd edək ki, bir müddət əvvəl rus alimləri Yer kürəsi üçün təhlükəli olan asteroid aşkar ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm