Çində 8 türk ölüm cəzasına məhkum edildi
Bizi izləyin

Dünya

Çində 8 türk ölüm cəzasına məhkum edildi

Çinin Sintszyan-Uyğur muxtar rayonunun Urumçi şəhərində terror aktlarının təşkilində ittiham olunan 8 nəfər ölüm cəzasına məhkum edilib.

Publika.az-ın “Agence France-Presse” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daha beş nəfər “möhlətlə ölüm cəzası” alıb.

Əgər məhkum öz törətdiyi cinayətdən peşman olarsa, “möhlətlə ölüm cəzası” ömürlük həbs cəzası ilə əvəz olunur.

Məlumata görə, birinci terror aktı 30 apreldə dəmir yolu stansiyasında törədilib. Nəticədə üç nəfər ölüb, 79 nəfər yaralanıb. İkinci hadisə isə 22 mayda Jenmin parkı yaxınlığındakı şəhər bazarında baş verib. İki avtomobil insanların arasına daxil olub və onların üzərinə partlayıcı maddələr atıb. Hadisə yerində yanğın başlanıb. 39 insan hücumun qurbanı olub, 94-ü isə yaralanıb.

Sintszyan-Uyğur muxtar rayonunda 1990-cı illərin sonundan “Şərqi Türkistanın İslam hərəkatı” qruplaşması fəaliyyət göstərir. Bölgədə törədilən terror aktlarının arxasında bir qayda olaraq bu qruplaşmanın dayandığı bildirilir. Muxtar rayonun əhalisinin, demək olar ki, yarısını təşkil edən uyğurlar müstəqillik üçün mübarizə aparır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm