Qorbaçov Yeltsinin xəyanətindən danışdı: “O, ilk zəngi Corc Buşa etdi”
Bizi izləyin

Dünya

Qorbaçov Yeltsinin xəyanətindən danışdı: “O, ilk zəngi Corc Buşa etdi”

Keçmiş SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov Rusiyanın keçmiş prezidenti Boris Yelsinin ona xəyanətindən danışıb.

Publika.az-n “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Qorbaçov Belovejski razılaşması haqqında sonradan xəbər tutduğunu bildirib.

Qeyd edək ki, Müstəqil Dövlət Birliyinin yaradılması və SSRİ-nin dağılmasını nəzərdə tutan Belovejski razılaşması 1991-ci ildə imzalanıb. İmzalanma mərasimində Rusiya prezidenti Boris Yeltsin, Ukrayna prezidenti Leonid Kravçuk və Stanislav Şuşkeviç iştirak etmişdi.

Qorbaçovun sözlərinə görə, 1991-ci ilin dekabrında Rusiya prezidenti B.Yelsin Ukrayna prezidenti ilə ikitərəfli görüş üçün Belarusa gedəcəyini deyib. Beləliklə, Belovejski razılaşması Qorbaçovdan gizli imzalanıb.

Yelsinin SSRİ-nin keçmiş prezidentə “xəyanəti” bununla bitməyib. Rusiya prezidenti Belovejski razılaşmasının imzalanmasından dərhal sonra bu barədə Qorbaçovdan əvvəl ABŞ prezidenti ata Corc Buşa məlumat verib. M.Qorbaçovun sözlərinə görə, o, SSRİ-nin saxlanılmasının tərəfdarı olsa da, ittifaqın dağılması üzrə gizli iş aparılıb.

Keçmiş prezident qeyd edib ki, o, SSRİ-nin dağılmasına maneə olduğunundan MDB "Qorbaçovu duzlamaq üsulu” idi. O, həmçinin bildirib ki, ittifaqın başçısı vəzifəsindən getməklə düzgün addım atıb: “Mən ölkəni vətəndaş müharibəsinə aparmağa və qan tökməyə risk edə bilməzdim. Ölkə silahla, xüsusən nüvə silahı ilə dolu idi”.

Xatırladaq ki, bu gün Belovejski razılaşmasının imzalanmasından 23 il keçir. Müqavilənin imzalanmasından bir neçə gün sonra ona daha səkkiz respublika qoşulub. Dekabrın 25-də isə Qorbaçov prezident postundan istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm