Özünü alt paltarı ilə məhkəmə binasında asdı
Bizi izləyin

Dünya

Özünü alt paltarı ilə məhkəmə binasında asdı

Qətl törətməkdə ittiham olunan şəxs məhkəmənin onunla bağlı elan etdiyi qərardan sonra özünü elə məhkəmə binasında asıb.

Publika.az Qazeta.ru-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində qeydə alınıb.

Adıçəkilən vilayətin istintaq idarəsinin böyük köməkçisi Angelika Linkovanın sözlərinə görə, bu gün gündüz saatlarında hadisə ilə bağlı onlara məlumat daxil olub: "Həmin məlumatda qeyd olunurdu ki, Orenburq vilayətində 35 yaşlarında yerli sakin özünə məhkəmə binasında qəsd edib. Kişi alt paltarı ilə özünü asıb".

Qeyd edək ki, törətdiyi qətl hadisəsinə görə məhkəmə Orenburq vilayətinin sakini barəsində 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarıb. Məhz bundan sonra o, özünə qəsd edib. Hazırda istintaq idarəsi məhkəmə nəzarətçilərinin fəaliyyətini araşdırır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm