Erməni ordusunda çaxnaşma: Əsgərlərin ehtiyata buraxılması dayandırıldı
Bizi izləyin

Dünya

Erməni ordusunda çaxnaşma: Əsgərlərin ehtiyata buraxılması dayandırıldı

Ermənistan ordusunda əsgərlərin ehtiyata buraxılması dayandırılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır.

Xəbərdə bildirilir ki, 2012-ci ilin noyabr-dekabrda həqiqi hərbi xidmətə çağırılanlar xidmət müddətini başa vursalar da, ordudan ehtiyata buraxılmayıblar. Bu isə həmin əsgərlərin ailələrində narazılıqlara səbəb olub. Onların sözlərinə görə, orduda əsgərlərin ehtiyata buraxılmasının səbəbi onları əvəz edəcək yeni çağırışçıların sayında olan çatışmazlıqlardır.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan bildirib ki, əsgərlərin ehtiyata buraxılmasının dayandırılmasının səbəbi yeni çağırışçıların sayında olan çatışmazlıqlarla bağlı deyil: "Həqiqi hərbi xidmət müddətini başa vurmuş əsgərlər bir-iki həftəyə evə buraxılacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm