İŞİD İraqa 7 milyard dollar ziyan vurub
Bizi izləyin

Dünya

İŞİD İraqa 7 milyard dollar ziyan vurub

İŞİD terror qruplaşmasının Diyala, Ninova, Selaheddin və Anbar vilayətlərində yararsız vəziyyətə saldığı 65 körpü və digər infrastrukturun dövlətə xərci ən az 7 milyard dollar təşkil edir.

Publika.az-ın verdiyi məlumata görə, bu barədə İraqın inkişaf və məskunlaşma naziri Tarık Haykani bildirib.

İraqlı nazir adıçəkilən 4 vilayətdə dağıntıların ortadan qaldırılması və bölgənin yenidən abadlaşdırılması üçün beynəlxalq dəstəyə ehtiyacın olduğunu qeyd edib. O, İraqın öz büdcəsinin buna kifayət etməyəcəyini deyib.

Bir müddət əvvəl isə İraqın Elektrik və Enerji Nazirliyinin səlahiyyətliləri İŞİD-in enerji sektoruna vurduğu zərərin bir milyard dollardan çox olduğunu açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm