İŞİD xristian uşaqların başını kəsdi – Şok iddia
Bizi izləyin

Dünya

İŞİD xristian uşaqların başını kəsdi – Şok iddia

İŞİD terror qruplaşması müsəlman olmağı qəbul etməyən 4 xristian uşağın başını kəsib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Bağdadda yaşayan ingilis keşişi Andrev Vite bildirib.

O, Bağdadda qalan azsaylı xristian liderdən biridir. Rahib “Bağdadda vəziyyət pisdir, bombalar partlayır, atəş edilir, minlərlə insanımız ölür. Bağdad əvvəllər daha etibarlı idi, amma sonra İŞİD gəldi. Gəldilər və hər kəsi öldürməyə başladılar. Uşaqları ikiyə böldülər, başlarını kəsdilər və şimala getdilər” deyib.

Rahib başı kəsilən uşaqlar haqqında isə bunları danışıb: “İŞİD silahlıları uşaqları tutdular və “Həzrəti Məhəmmədi peyğəmbəriniz olaraq qəbul etdiyinizi söyləyəcəksiniz” dedilər. Yaşı 15-dən az olan 4 uşaq bunu etməyərək İsa peyğəmbəri sevdiklərini söylədilər. Bundan sonra isə uşaqların hamısının başı kəsildi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm