Rusiya MDB məkanına qatar reyslərini ləğv edəcək
Bizi izləyin

Dünya

Rusiya MDB məkanına qatar reyslərini ləğv edəcək

“Rusiya Dəmir Yolları” 14 dekabrdan Ukrayna, Azərbaycan, Qazaxıstana və Tacikistana qatar reyslərini ləğv edir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunur ki, Qatar reyslərinin ləğvi daşınmaların aşağı gəlirliliyi ilə bağlıdır. “Rusiya Dəmir Yolları”nın nümayəndəsi qeyd edib ki, Qatar reysləri ən azı bir il ərzində həyata keçirilməyəcək.

RİA xəbər agentliyinin məlumatına görə, xüsusi olaraq Moskva-Odessa və Moskva-Kiyev reysləri ləğv ediləcək. Ancaq zəruri olduqda Federal sərnişin şirkəti ləğv edilmiş istiqamətlər üzrə reysləri bərpa edə bilər. Həmçinin Belarus, Özbəkistan, Moldovanın bəzi şəhərlərinə olan reyslərin ləğv edildiyi bildirilir.

Rusiya 2015-ci ildə ölkənin cənub istiqamətində Ukrayna ərazisindən yan keçməklə yeni dəmir yollarının tikintisinə başlayacaq. İşlərin 2018-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, artıq Rusiyadan Azərbaycana gələn bir neçə qatar reysi müvəqqəti olaraq dayandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm