Türkiyədən xəbərdarlıq: “ABŞ Rusiya daxilində bomba partladacaq”
Bizi izləyin

Dünya

Türkiyədən xəbərdarlıq: “ABŞ Rusiya daxilində bomba partladacaq”

“Mavi Axın” layihəsi Türkiyəni strateji mərkəzə çevirir. ABŞ Rusiyada bomba partlada bilər. Türkiyə də ehtimal olunan hər bir əməliyyata hazır olmalıdır”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla “A Haber” kanalında yayımlanan “Diplomatiya” proqramında jurnalist-ekspert Cem Küçük çıxış edib.

“Nə vaxt Amerika ilə Rusiya arasında bir problem çıxsa, Çeçenistanda da problem yaranır. Çeçenistanda problem yaranandan sonra isə Moskva metrosunda hansısa hadisələr baş verir. Bu həmişə belədir. Amerika Rusiyanın daxilində bombanı partlada bilər. Biz də həyata keçirilə biləcək hər cür əməliyyatlara hazır olmalıyıq”, - C.Küçük bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm