Moskva Türkiyə üçün yeni şirkət quracaq
Bizi izləyin

Dünya

Moskva Türkiyə üçün yeni şirkət quracaq

Rusiyanın “Qazprom” enerji şirkəti Türkiyəyə yeni çəkiləcək təbii qaz xətti üçün yeni şirkət quracaq.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Sankt-Petersburq şəhərində qurulacaq şirkətin adı isə "Qazprom Russkaya” olacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə Ankara səfərində Avropaya qaz daşıyacaq “Cənub axını” layihəsinin ləğv edildiyini açıqlamışdı. Ləğv edilən layihənin əvəzinə Türkiyədən keçəcək yeni boru xəttinin inşası planlaşdırılır. Yeni boru xətti Qara dənizin altı ilə çəkiləcək və Türkiyə üzərindən keçməklə Yunanıstana çatdırılacaq.

Beynəlxalq mətbuatda yeni boru xəttinə “Türk axını" adı verilib. Hazırda Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə çəkilən “Mavi axın“ adlı bir xətt var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm