Kralın ad günündə qara geyindiyi üçün həbs edildi
Bizi izləyin

Dünya

Kralın ad günündə qara geyindiyi üçün həbs edildi

Tailand Kralı Bhumibol Adulyadejin 87-ci ad günündə bir qadın qara paltar geyindiyi üçün həbs olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, xəstəxanada çalışan Aree Klabsatieni Kralın ad günündə qara paltarda çəkdiyi şəkilləri “Facebook”da paylaşdığı üçün saxlanılıb.

Onun Kralın ad günü ilə əlaqədar bəzi mesajlar yazdığı da bildirilir. Yerli medianın xəbərinə görə, Kral tərəfdarı olan bir dərnək "Krala qarşı xəyanət" ittihamı ilə Klabsatien barəsində şikayət edib.

Kral isə ad günü ilə əlaqədar dekabr ayı boyunca xalqından krallığın rəngi olan sarı rəngdə paltar geyinməsini istəmişdi. 1946-cı ildə taxta çıxan Kral Bhumibol Adulyadej dünyanın ən uzun müddət taxtda qalan kralı olaraq tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm