ABŞ-da müsəlman ilk dəfə polis şefi oldu
Bizi izləyin

Dünya

ABŞ-da müsəlman ilk dəfə polis şefi oldu

ABŞ-da ilk dəfə bir müsəlman polis şefi olub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ-ın Boston şəhərində müsəlman müəllim polis təşkilatına qatıldıqdan müəyyən bir müddət sonra polis şefi olub.

Daha əvvəllər ictimai elmlər üzrə müəllimlik edən Hasib Hüseyn bir neçə il polis məmuru olduqdan sonra polis şefi təyin olunub. Hasib Hüseyn müsəlman olması yanaşı, həm də qaradərilidir.

Təxmin edilir ki, ABŞ onu polis şefi təyin etməklə polis zorakılığına qarşı keçirilən etiraz aksiyalarından sonra zədələnən imicini düzəltmək istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm