Ərdoğanı təhqir edən keçmiş millət vəkilini 4 il həbs gözləyir
Bizi izləyin

Dünya

Ərdoğanı təhqir edən keçmiş millət vəkilini 4 il həbs gözləyir

Türkiyə Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Feyzi İşbaşaran saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçmiş millət vəkili prezident Rəcəb Tayyib Ərdoğanı “Twitter”dən təhqir etməkdə ittiham olunur.

Prokuror Vedat Yigid V.İşbaşaranın ifadəsini aldıqdan sonra onu Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə təqsirli hesab edərək həbs olunma tələbi ilə məhkəməyə göndərib. Sözügedən maddədə prezidenti təhqir edən adamın 4 ilə qədər həbsi nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm