İraq 1500 əsgər gözləyir
Bizi izləyin

Dünya

İraq 1500 əsgər gözləyir

İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya daxil olan müttəfiq dövlətlər 1500-ə yaxın hərbçini İraqa göndərmək öhdəliyini öz üzərinə götürüblər.

Publika.az xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin komandanı general Ceyms Terri deyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların vəzifəsinə İraq və kürd qüvvələri nümayəndələrinə İD yaraqlıları ilə mübarizə üçün təlim və yardım göstərilməsi daxildir, bu barədə Reyter agentliyi xəbər verir.

"Düşünürəm ki, bu tezliklə baş verəcək", - Terri Küveytdə jurnalistlər qarşısında çıxış edərək bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm