Qasırğa 21 can aldı - FOTO
Bizi izləyin

Dünya

Qasırğa 21 can aldı - FOTO

Filippində baş verən güclü qasırğa nəticəsində azı 21 nəfər həlak olub.

Publika.az-ın məlumatına görə, bu barədə Filippin Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Bazar ertəsi Qırmızı Xaçın baş katibi Qvedolin Panq bildirib ki, azı 18 nəfər Haqupit qasırğasının Filippinin şərqi Samar adasında baş verdiyi zaman həlak olub. 3 nəfər isə paytaxt Manilada ölüb.

Təbii fəlakətə görə, ölkədə məktəblərdə dərslər dayandırılıb, səhm birjası bağlanıb, ofis və dövlət işçiləri işə çıxmayıblar, onlarla kommersiya uçuşları təxirə salınıb.

“Hal-hazırda biz Rubi (Haqupit) qasırğasına məruz qalmış yerlərdə yardım əməliyyatları aparırıq. Sonra qasırğanı təqib edərək Masbatda fəaliyyətə başlayacağıq. Daha sonra isə Mindoro, Cənubi Taqaloq və metro Manilada fəaliyyətlərimizi davam etdirəcəyik”, - Qvedolin Panq əlavə edib.

Sinoptiklər bildiriblər ki, şimal-qərb istiqamətində 10 km/s sürətlə hərəkət edən Haqupit qasırğasının Filippinin mərkəz hissəsinə keçməsi üç gün vaxt ala bilər.

Rəsmilər bu qasırğanın ötən ilin Hayan qasırğası kimi dağıdıcı olmadığını bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm