Rusiyada meyitlər yoxa çıxır - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Rusiyada meyitlər yoxa çıxır - ŞOK İDDİA

Donbas vilayətinə “humanitar yardım” aparan yük avtomobilləri ilə Ukraynadan çıxarılan rus hərbçilərinin cəsədləri Rusiyada yox olur.

Publika.az-ın “kavkazcenter.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya hüquq müdafiəçisi, “Ukraynadan Rusiyaya Yük-200” “Facebook” qrupunun rəhbəri Yelena Vasilyev Ukrayna telekanallarından birinə müsahibəsində deyib.

Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində döyüşdə həlak olanlar “Yük 200” adlandırılır.

“Qəribə vəziyyət yaranıb. Ukraynada rus hərbçiləri həlak olurlar və onların cəsədi “humanitar yardım” aparan avtomobillərlə Rusiyaya gətirilir. Amma Rusiyanın ərazisinə gətirilən cəsədlər yumşaq dillə desək, yoxa çıxır. Hər şey Rostov vilayətində həll edilir. Cəsədləri valideynlərə vermirlər. Hamı anlayır ki, müharibə gedir. Sadəcə, görünür, rus xalqını çox qorxutmaq istəmirlər", - Vasilyev deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, öldürülmüş rus hərbçilərinin cəsədləri Samara, Voronej, Rostov və Taqanroq şəhərlərinə bölüşdürülür. O, cəsədlərin həmin şəhərlərdəki meyitxanalarda saxlanıldığını söyləyib.

Y.Vasilyevin sözlərinə görə, 2 milyon rubl müqabilində (təxminən 47 min dollar) anaları susdurmaq istəyirlər. “Hərbi hissələrdə qiyamlar baş verməsə də, vəziyyət ən azından olduqca gərgindir”, - o əlavə edib.

Xatırladaq ki, rusiyalı hüquq müdafiəçisi ötən həftə Rusiyadan Ukraynaya gedən rus əsgərlərinin prezident Vladimir Putinə qarşı üsyana qalxmağa hazır olduğunu bildirmişdi. "Yüzlərlə sink tabut Rusiya əsgərlərində "soyuq duş" effekti oyadıb. Hərbçilər Putinə qarşı qalxmağa hazırdır", - hüquq müdafiəçisi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm