Ukrayna ordusu atəşkəs elan etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu atəşkəs elan etdi

Ukrayna hərbçiləri prezident Pyotr Poroşenkonun qərarına uyğun olaraq ölkənin şərqində atəşin dayandırıldığını elan ediblər.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna antiterror qərargahının mətbuat mərkəzindən bildirilib.

Məlumatda qeyd edilir ki, atəşkəs rejiminin bütün istiqamətlərdə tətbiqinə başlanılıb. Mətbuat mərkəzindən həmçinin bildirilib ki, Ukrayna hərbçilərinin mövqeləri ötən gün bir neçə istiqamətdə, o cümlədən Donetsk aeroportunda separatçıların hücumuna məruz qalıb.

Xatırladaq ki, Ukrayna prezidenti ötən həftə Ukrayna ordusunun dekabrın 9-da atəşkəs xətti boyunca atəşi dayandıracağını bəyan edib. Donetsk və Luqansk “xalq respublikaları” da Kiyevdən gələn bu təşəbbüsü dəstəkləcəyini açıqlayıb.

“Xalq respublikaları”ndan bu gün verilən açıqlamaya görə, atəşkəs rejiminə riayət edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm