İŞİD qətliam videosuna 200 min dollar xərcləyib - ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

İŞİD qətliam videosuna 200 min dollar xərcləyib - ŞOK FAKTLAR

ABŞ-ın Terrorizm Araşdırma və Analiz Konsorsiumu (TRAC) ilə İngiltərənin “Quilliam” düşüncə mərkəzi İŞİD terror qruplaşmasının ötən ay 22 nəfəri edam etdiyi görüntünü araşdırıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, mütəxəssislər görüntülərdə diqqətçəkən ipucları əldə edib.

Video çəkilişinin 4-6 saat davam etdiyi, bəzi səhnələrin isə dəfələrlə çəkildiyi ortaya çıxıb. HD (yüksək həllolma əmsallı) kameraları ilə çəkilən videonun xərcinin isə ən azı 200 min dollar olduğu bildirilir.

Videonun analizinin nəticələri isə aşağıdakılardır:

1.Edamı həyata keçirən İŞİD üzvlərinin, demək olar ki, hamısının üzü açıqdır. 22 nəfərlik İŞİD dəstəsinə İngiltərə mətbuatının “Cihadçı Con” adını verdiyi üzü maskalı şəxs liderlik edir. Təşkilatın təbliğat mesajını da o oxuyur.

2.Çəkiliş üçün İŞİD üzvləri və girovların yerlərinin tez-tez dəyişdirildiyi aydın olur. 22 İŞİD üzvü Avstraliya, İndoneziya, Malayziya, Filippin, İngiltərə, Belçika və Almaniya kimi fərqli ölkələrdəndir.

3. Edam qrupundan yalnız birinin şəxsiyyəti rəsmi olaraq deşifrə edilib. O, 2013-cü ildə Fransadan Suriyaya gedən Maxime Hauçarddır. Digər ölkələr isə öz vətəndaşlarının videoda olub-olmadığını hələ də araşdırır.

4.Yaxasına mikrofon taxan 2 İŞİD üzvünün səsi eşidilmir.

5. İşıq və kölgələr videonun 4-6 saat davam etdiyini göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm