Donbasda 170 hərbçinin cəsədi tapılıb
Bizi izləyin

Dünya

Donbasda 170 hərbçinin cəsədi tapılıb

Payız aylarında antiterror əməliyyatları zonasında Ukrayna hərbçilərinin 170-dən çox cəsədi tapılıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Xalq yaddaşı ittifaqı” ictimai təşkilatın sədri Yaroslav Jılkin mətbuat konfransında bildirib.

“Texniki olaraq tapılmış cəsədlərin dəqiq sayını demək mümkün deyil. Məsələn, bəzi hallarda cəsədlərin hissələri tapırdı. Amma ilkin hesablamalarımıza görə, 170-dən çox hərbçinin cəsədini tapa bilmişik. Daha ətraflı məlumat məhkəmə tibbi ekspertizanın nəticəsindən sonra demək mümkün olacaq", - Y.Jılkin qeyd edib.

O, cəsədlərinin böyük hissəsinin İlovaysk rayonu ərazisində tapıldığını deyib: “Cəsədlərin təxminən üçdə iki hissəsi İlovaysk yaxınlığında tapılıb. İndiyə qədər rayonda kütləvi məzarlıqlar barəsində xeyli müraciət almışıq. Onların tədqiqatı üçün cəhdlərə təşəbbüs edirik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm