Amerikalılardan Taliban və “Əl-Qaidə” əsirlərinə ağlasığmaz işgəncə - ŞOK VİDEO
Bizi izləyin

Dünya

Amerikalılardan Taliban və “Əl-Qaidə” əsirlərinə ağlasığmaz işgəncə - ŞOK VİDEO

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) işgəncə üsulları barədə detalların əksini tapacağı gözlənilən Senat hesabatından əvvəl ölkənin xarici nümayəndəliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ağ Evin yeni sözşüsü Coş Ernest böyük risk altında olduğuna dair işarələr olan səfirliklər və ABŞ-ın digər xarici təsislərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini deyib.

Qeyd edək ki, ABŞ Senatının 480 səhifəlik hesabatının bu gün açıqlanması gözlənilir. Hesabatda CIA-nın 11 sentyabr hücumlarından sonra “Əl-Qaidə” üzvlərinə qarşı tətbiq etdiyi dindirilmə üsullarına dair detallar var.

İllər əvvəl “Əl-Qaidə” terror təşkilatına bağlı hakerlərdən birinin CIA agentinin kompüterindən əldə etdiyi işgəncə görüntüləri yenidən yayılıb. Görünüşlərdə Əfqanıstanda daha əvvəllər də bir çox işgəncə qalmaqallarında adı hallanan CIA-nın tutduğu Taliban və “Əl-Qaidə” əsirlərinə ağlasığmaz işgəncələr verdiyi görünür.

Təşkilat tərəfindən ələ keçirilən görüntülərdən birində üzü və gözləri bağlı bir əsirin boğazına plastik qandal keçirilib. Taliban üzvü olduğu deyilən məhkum nəfəs ala bilmir və ağrı içində qışqırmağa başlayır.

Digər görüntülərdə isə bir ərəbə “Vaterboarding” adlanan üsulla işgəncə edilir. Şəxs işgəncələrə dözmək üçün öz-özünə “səbir et” deyir. ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni də əvvəllər “Waterboarding” işgəncəsinin çox faydalı olduğu və bu üsulla bir çox məlumatların əldə edildiyini etiraf etmişdi.

Ömər Dağlı


CIA'den, tutuklulara akıl almaz uygulama islami-bahar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm