Putinin dostu strateji layihədən imtina etdi: Risklidir
Bizi izləyin

Dünya

Putinin dostu strateji layihədən imtina etdi: Risklidir

Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, biznesmen Gennadi Timçenko Rusiyanı Krım yarımadası ilə birləşdirəcək Kerç körpüsünü tikməkdən imtina edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında biznesmenin özü bildirib.

“Bu, bizim üçün çox ağır layihədir. Əmin deyiləm ki, layihənin öhdəsindən gələcəyik. Riskləri öz üzərinə götürmək istəmirəm. Mən sadəcə bu işə girişməyə qorxuram ", - G.Timçenko deyib.

Bundan əvvəl isə Rusiyanın Krım işləri üzrə nazir Oleq Savelyev bildirib ki, hökuməti Kerç boğazı vasitəsilə Krıma körpünün tikintisi haqqında qəti qərar qəbul etməyib. “Bütün variantlar, həmçinin tunel və körpünün inşasına baxılır. Hazırda ilkin layihə var, ancaq onun dəyişdirilməsi istisna edilmir”, - O.Savelyev qeyd edib.

Rusiya prezidenti yanında Krım Respublikası üzrə səlahiyyətli nümayəndə Geoqiy Muradov da bildirmişdi ki, Kerç boğazı vasitəsilə körpünün tikintisi çox təhlükəlidir.

Rusiya prezidenti Krımın birləşdirilməsindən dərhal sonra Nəqliyyat Nazirliyinə tapşırıb ki, Rusiya ilə Krımı ayıran Kerç boğazından körpü tikintisini həyata keçirsin. Lakin indiyə kimi körpü tikintisini həyata keçirmək istəyən şirkət tapılmayıb.

Kerç boğazında dəmir yolu körpüsü ilk dəfə 1944-cü ildə Krımın faşist işğalından azad ediləndən dərhal sonra tikilib. Amma bir ildən sonra körpü sökülüb və 1953-cü ildə onun yeri bərə nəqliyyatına verilib. Bərə bu günə kimi fəaliyyət göstərir.

Kerç boğazının eni 4,5 km-dən 15 km-ə qədər dəyişir. Körpünün 4 ilə tikiləcəyi və 3 milyard dollara başa gələcəyi ehtimal edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm