NATO Əfqanıstandakı bayrağını endirdi
Bizi izləyin

Dünya

NATO Əfqanıstandakı bayrağını endirdi

NATO Əfqanıstanda Taliban və Əl-Qaidə militanlarına qarşı13 il davam edən missiyasını baş çatdıraraq, beynəlxalq qüvvələrin qərargahında bayrağı aşağı endirib.

Publika.az xəbər verir ki, ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya qüvvələri Birləşmiş Ştatlarda terror hadisələri törədən Əl-Qaida silahlılarını dəstəkləyən Taliban rejimini devirmək üçün 2001-ci ilin oktyabr ayında Əfqanıstana daxil olmuşdu.

Assoşieyted Press xəbər agentliyinin məlumatına əsasən, Əfqanıstanda 2001-ci ildən bəri 3500 xarici əsgər həlak olub. Onlardan çoxu Amerika əsgərləridir. Əfqan qüvvələri arasında ölüm hallarının sayı son iki ildə təxminən 10 mindir.

Birləşmiş Ştatlar 2014-ci ildən sonra Əfqanıstanda 11 min nəfərdən ibarət əsgəri qüvvə saxlamağı planlaşdırır. Beynəlxalq koalisiyaya daxil olan bəzi ölkələr də Əfqanıstanda öz əsgərlərini saxlamağa davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm