Monqol dissident Çin həbsxanasından çıxdı
Bizi izləyin

Dünya

Monqol dissident Çin həbsxanasından çıxdı

Monqol dissident 20 il məhkumluq həyatından sonra Çində həbsxanadan çıxıb.

Publika.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Xada adlı monqol azad edilib.

Xada 1996-cı ildə separatizm və casusluqda ittiham olunub. O, 2010-cu ildə azadlığa çıxmalı idi. Ancaq monqol insident daha dörd ilini məxfi Çin həbsxanasında keçirməli olub.

Dissidentin arvadının sözlərinə görə, Xada ilə həbsxanada pis davranıblar. “Amnesty International” təşkilatı onu vicdan məhbusu adlandırıb.

Avropa Birliyi və ABŞ Xadanın səhhəti ilə bağlı dəfələrlə narahatlığını ifadə edib. Honkonqdan olan hüquq müdafiəçisi Patrik Punanın sözlərinə görə, azad olunmasına baxmayaraq, Çin hakimiyyəti onu və ailəsini izləməkdə davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm