• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baş narkoloq: Şou-biznes narkomanlardan təmizlənməlidir

  • Dünya
  • 9 Dekabr 2014 23:32
  • 522 Baxış
Baş narkoloq: Şou-biznes narkomanlardan təmizlənməlidir

Rusiyanın baş narkoloqu tərəfindən şok bir çağırış səsləndirilib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun şou-biznesi öz sıralarını narkotik maddələrdən istifadə edən artistlərdən təmizləməyə çağırıb.

Moskva Şəhər Dumasının təhsil və səhiyyə komissiyalarının birgə iclasında çıxış edən narkoloq qeyd edib ki, televiziya və teatr səhnələri narkotik maddələrdən azad edilməlidir. Onun sözlərinə görə, sağlam artistəmalik olmaq iqtisadi baxımdan da əlverişlidir.

Rusiyanın başnarkoloq Moskva Şəhər Dumasının deputatlarını analoji xahişlə Dövlət Dumasına müraciət etməyə və şou-biznesə təsir etməyə çağırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR